Yaponiyanın reklam qrupu Hakuhodo Inc. Rusiyanın kreativ agentliyi Ailove Digital-dan pay alıb.

Kommersant yazır ki, Hakuhodo Inc-dən deyiblər ki, tərəflər arasındakı razılaşma şirkətin Rusiyanın sürətlə böyüyən digital-reklam bazarında genişlənməsinə kömək olacaq.

Kartoteka.ru qeyd edir ki, AiLove Digital-ın 2020-ci ildə gəliri 292,7 milyon rubl, mənfəəti isə 41,7 milyon rubl olub. Reklam bazarı üzrə mənbə hesab edir ki, agentliyin investisiyası yaxın 5-8 il ərzində öz nəticəsini verəcək. AiLove Digital, öz növbəsində yapon müştəriləri agentliyə cəlb edə bilər.

Ailove Digital agentliyi 2009-cu ildə yaradılıb. Onun müştəriləri arasında Nestle, Kia kimi böyük markalar var. Hakuhodo DY Group-un isə 20 ölkədə ofisi mövcuddur. Advertising Age agentliyi yazır ki, o dünyada iri reklam holdinqləri arasında doqquzuncudur. 2020-ci ildə xidmət göstərilən reklam büdcəsinin həcmi 1,29 milyard yendir, yaxud 873,6 milyon rubldur.

Əsas müştəriləri arasında isə Panasonic, Suzuki, Honda, Canon, Toshiba var. facemark