Türkiyədə son 4 gündə baş verən, demək olar ki, bütün meşə yanğınları nəzarət altına alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı "TRT Haber" televiziyasında bildirib.

"Cümə axşamı səhərindən indiyədək baş verən 247 meşə yanğınından 241-i nəzarət altına alınıb. Bizi narahat edəcək bir yanğın belə qalmayıb", - o deyib.

Yumaklı daha əvvəl Egey sahilində yerləşən İzmir vilayətində 3 böyük yanğının nəzarət altına alındığını bildirmişdi. Bölgədə ümumilikdə 4 mindən çox insan təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir. Daxili işlər naziri Əli Yerlikaya şənbə günü İzmir də daxil olmaqla yanğınlarda iştirak edən 7 nəfərin həbs edildiyini açıqlayıb.