Ukraynanın hava məkanına oktyabrın 31-də səhər saatlarında 40-a yaxın raket atılıb, ölkənin bir neçə vilayətində partlayışlar törədilib.

İqtisadiyyat.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin baş müşaviri Anton Geraşenko bildirib.

Belə ki, Kiyevdə partlayış baş verib və bundan sonra elektrik enerjisi kəsilib.

Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul bildirib ki, bu yaşayış məntəqəsi istiqamətində raket atılıb.

Bundan başqa Ukraynanın Vinnitski, Kirovoqrad, Polavski və Kiyev vilayətlərində partlayış olub.

Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov sosial şəbəkə hesabında yazıb: “Xarkov vilayətinin sakinləri sığınacaqdadır. İşğalçılar zərbə endirir. Rusiya hərbçiləri Ukraynanın Xarkov şəhərində həyati vacib obyektləri atəşə tutublar”.

Həmçinin qeyd olunub ki, Ukraynanın Zaporojye şəhərində də partlayışlar törədilib.

 

10:21

Bu gün səhər saatlarından başlayaraq bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı verilib.

İqtisadiyyat.az xəbər verir ki, hava həyəcanı siqnalı Kiyev, Jitomir, Vinniskoy, Nikolayevski, Xarkov, Sumı, Odessa və başqa vilayətlərində səslənib.

Ölkənin qərb vilayətlərində də hava siqnalının verildiyi təsdiqlənib.