Prezident İlham Əliyev 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişiklik edib.

İqtisadiyyat.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi meyarlara uyğun olaraq yerli istehsala aid edilən müasir suvarma sistemləri 60 % güzəştlə satılacaq.