Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin tərkibində bu ölkəyə qarşı döyüşən erməni hərbçiləri məhv edib.

Məlumata görə, onlardan biri desantçı, 29 yaşlı Arman Kazaryandır. Erməni diaspor fəalları Ukraynada gedən müharibə zamanı daha bir erməninin öldürüldüyünü bildiriblər. Amma həmin şəxsin adı açıqlanmır.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Nəticədə hər iki tərəfdən çoxlu itki var. Müharibə Ukraynanın infrastrukturuna böyük ziyan vurub, ölkədə minlərlə dinc sakinin ölümünə və ya yaralanmasına səbəb olub.