Aon və Willis Towers Watson (WTW) şirkətlərinin brokerləri Willis Re təkrarsığorta şirkətini Arthur J. Gallagher Co  şirkətinə satıblar.

Şirkətlər arasında artıq müqavilə imzalanıb. Bu əməliyyat 3.57 milyard dollara başa gəlib.

Təkrarsığorta şirkətinin satılmasına səbəb Avropa komisiyasının tövsiyəsi olub.

Belə ki, Aon və WTW brokerlərinin 30 milyard dollarlıq birləşməsində rəqabət barədə atılmış addım kimi qeyd olunub.