"Bu gün Türkiyənin milli iftixar günüdür".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə təbrik mesajında bildirib.

Onun sözlərinə görə, hansısa daxili və xaric faktorun Türkiyənin bütövlüyünü, milli birliyini pozmasına icazə verilməyib:“Güclü və tam müstəqil Türkiyə idealı ilə bağlı qətiyyətimiz hər ötən gün daha da artır”.