Dünyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Dubay Beynəlxalq Hava Limanı bu ilin birinci yarısında 44,9 milyon sərnişinə xidmət göstərərək yeni rekorda imza atıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Dubai Airports" şirkətinin press-relizində deyilir.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.

Bu ilin birinci yarısında Dubay Beynəlxalq Hava Limanı ən çox Hindistandan sərnişin qəbul edib.

Hesabat dövründə Dubay Hava Limanı 216 min reys qəbul edib ki, bu da 2023-cü ilin ilk altı ayı ilə müqayisədə 7,2% çoxdur.

Dubay Beynəlxalq Hava Limanı bu il 91,8 milyon insanı qarşılamağı planlaşdırır.

 

Gözəl Həşimova