Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.

İstintaq orqanı həbsin uzadılması ilə bağlı təqdimat verib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun həbs müddəti daha 1 ay uzadılıb.

Qeyd edək ki, A.Məmmədov ötən ilin aprel ayında həbs edilib.