Yüzlərlə rusiyalı Londonun mərkəzində toplaşaraq rus qoşunlarının Ukraynadan çıxarılmasını və öz ölkələrində artan avtoritarizmə etiraz ediblər.

Bununla da onlar bütün rusların müharibəni və mülki əhalinin öldürülməsini dəstəkləmədiyini bildirib. 

"Biz Ukrayna ilə həmrəyik", - etirazçı ruslardan biri dedi. 

Etirazçılar Londonun Parlament meydanında, İkinci Dünya Müharibəsinin lideri Uinston Çörçillin abidəsi yaxınlığında toplaşıblar.