Ukrayna hərbi qüvvələri Rusiyanın Xəzər dənizindən də raket atmasını qeydə alır".

Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının mətbuat katibi Yuri İqnat deyib. O bildirib ki, həmin raketlərin izinə düşmək çətindir:

"Biz raketlərin əksəriyyətini aşkar edirik, onların haradan buraxıldığını və uçuş istiqamətini görürük. Əgər o, məsələn, Krımdan Kiyev istiqamətində uçursa, sonra yol boyu tədricən hava hücumu siqnalı işə salınır. Alqoritmə uyğun olaraq, onun hara vura biləcəyini hesablayırıq. Amma strateji raketdaşıyıcılardan, hətta Xəzərdən belə buraxılışların edildiyi hallar da olub - bunları izləmək çox çətindir”, - deyə o bildirib.