Ukraynanın Zaporojye vilayəti sakinlərinin Ukrayna banklarından aldıqları kreditlər ləğv ediləcək". 

Bunu Ukraynanın işğal edilmiş Zaporojye vilayətinə nümayəndə təyin olunmuş nümayəndəsi Vladimir Roqov bildirib.

"Bütün bu pulların mülki insanları öldürməyə sərf olunduğunu nəzərə alsaq, insanların banklara kreditlər üçün yırtıcı faizlər ödəməsi məntiqi yoxdur. Niyə öz qətlinizə pul ödəyirsiniz? Ukrayna banklarından alınan kreditlər üzrə bütün borclar sıfıra endiriləcək", - Roqov qeyd edib. 

Onu da deyək ki, sözügedən bölgədə daha əvvəl Rusiya pasportlarının verilməsinə başlanılıb.