Yaponiyanın "Sakana AI" tədqiqat və inkişaf şirkəti "Foerster Laboratories", Oksford Universiteti və bir çox digər universitetlərlə birgə iş nəticəsində elmi kəşflər üçün ilk "süni intellekt alimi" sistemini yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin internet saytında paylaşılan bloq yazısında ilk "süni intellekt alimi"nin hazırlandığı açıqlanıb.

Bildirilir ki, inkişaf etmiş süni intellekt alimi elmi kəşflər və tədqiqatlar üçün maşın öyrənmə sistemindən istifadə edə bilər.

Məqalədə "süni intellekt alimi" sisteminin mövcud tədqiqatları tədqiq etməklə yanaşı, yeni tədqiqat ideyaları təklif edə biləcəyi bildirilib.

Həmçinin sistemin süni intellektin yaratdığı məqalələri insana yaxın dəqiqliklə qiymətləndirə bildiyi qeyd edilib və sistemin alimlərin yaratdığı elmi ictimaiyyət mühitini təqlid edə biləcəyi iddia edilib.

Məqalədə süni intellekt sisteminin həyata keçirəcəyi araşdırmanın maşın öyrənmə sistemləri və kodlaşdırma üzərində olacağı bildirilir və bu mövzularda akademik məqalələr yarada biləcəyi də qeyd edillir.