Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistin "tammiqyaslı işğaldan sonra Putinin Ukraynada məqsədlərinə çatması" ilə bağlı sualını cavablandırıb.

Kreml nümayəndəsi Putinin hələ Ukraynada məqsədlərinə çata bilmədiyini etiraf edib. 

"Yaxşı, ilk növbədə, o, ( Putin - red. ) hələ çatmayıb ( məqsədlər - red. ) ", - Peskov qeyd edib. 

Eyni zamanda, Peskov onu da deyib ki, Rusiyanın Ukraynaya hücumu "əvvəlcədən müəyyən edilmiş plan və məqsədlərə ciddi şəkildə uyğundur".