“Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı artıb. Həmin siyasi partiyalara deputat sayına görə vəsait verilir. Ona görə də vəsait az ödənilir. Vəhdət Partiyasına və 6 siyasi partiyaya 3008 manat ötən illə müqayisədə daha az vəsait ödənilir”.

Bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, hər bir partiyaya müvafiq açıqlama verilir: “Orada konkret məlumatlar qeyd edilir”.