İqtisadiyyat naziri Mikayıl Cabbarov Qırğız Respublikasının Prezidenti ilə görüşüb.

Nazir bu barədə şəxsi “Facebook” səhifəsində məlumat verib.

“Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının, biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirə aparıldı”, - deyə nazir qeyd edib.