Cənubi Koreyanın məişət elektronikası istehsalçısı “LG Electronics” şirkəti Rusiyaya bütün tədarükləri dayandırdığını elan edib.

Bu barədə şirkətin saytında bildirilir.

"LG Electronics Rusiyaya bütün daşımaları dayandırır", - şirkət bildirib.

Şirkət həmçinin vəziyyətin inkişafını izləyəcəyini qeyd edib.

Qeyd edək ki, “LG Electronics” məişət elektronikası, mobil telefonlarının istehsalı ilə məşğuldur və uzun müddətdir ki, dünya bazarında ilk üçlükdən biridir. Şirkət 1958-ci ildə təsis edilib, baş ofisi Seulda yerləşir.