Martın 21-də Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək.

Bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

O bildirib ki, komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 23 mart saat 07:00-a kimi davam edəcək.

V.Kliçko komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlərin işləməyəcəyini qeyd edib.