Bolqarıstan Ukraynaya müharibə başlayandan indiyədək dolayı yolla rekord sayda silah satan ölkədir.

İqtisadiyyat.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Nəşrin məlumatına görə, Bolqarıstan Ukraynaya azı 1 milyard avro dəyərində silah-sursat tədarük edib.

Bolqarıstanla yanaşı, Ukraynaya dolayı yolla silah ixracı Polşa və Rumıniya vasitəsilə də həyata keçirilir.