“Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müsbət dinamika davam edir”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib:

"2021-ci ilin 4 ayında bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 112,6% və 111,4% təşkil edib. Büdcəyə hər iki sığorta haqları üzrə toplam 140,4 mln. manat artıq vəsait daxil olub".