“Gürcüstanla Türkiyə arasında uzunmüddətli dostluq münasibətləri özünü doğruldub”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyənin Respublika Günü münasibətilə tviterdə yazıb.

O, milli bayram münasibətilə Türkiyə xalqını təbrik edib: “Türkiyə xalqına uğurlar və firavanlıq arzulayıram”.