Ukraynanın Çerniqov şəhərində rusiyalı hərbçilər Desna çayı üzərindən şəhəri Kiyevlə birləşdirən avtomobil körpüsünü partladıblar.

Bu barədə məlumatı şəhər meri Vyaçeslav Çaus təsdiqləyib.

Onun sözlərinə görə, körpüyə aviabombalar atılıb.

Bildirilir ki, bu körpü ilə Çerniqovdan təxliyə reysləri həyata keçirilib və şəhərə humanitar yardımlar daşınıb.