“Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə xalqının müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsi tarix salnaməsində mühüm yer tutur”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb.

O, 29 Oktyabr - Respublika Günü münasibətilə Türkiyəni təbrik edib: “Türkiyə Cümhuriyyətinin qurulmasının 99-cu ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına ən səmimi təbriklərimizi çatdırıram”.