ABŞ-ın elektron ticarət nəhəngi Amazon şirkətinin qurucusu Jeff Bezos, Baş direktor (CEO) vəzifəsini 5 İyulda Andy Jassy-ə təhfil verəcəyini bildirib.

Bezos, Amazonun səhmdarlarının yığıncağında, Amazon-un 5 İyul 1994-cü ildə qurulduğunu xatırladaraq özü üçün əhəmiyyətli olan bu tarixi xüsusilə seçdiyini bildirib.

Amazon, 2 Fevralda, bu ilin üçüncü rübündə Bezosun vəzifəsini tərk edəcəyini açıqlamışdı. Şirkətin açıqlamasında, Bezosun Amazonun Müşahidə Şurasının sədri olaraq qalmağa davam edəcəyi qeyd edilmişdi.