Youtube kontent yaradıcılarının video yükləyərkən üzərində dəyişikliklər edə biləcəyini açıqlayıb.

“YouTube” bu həftə kontent yaradıcılarının vaxtına qənaet edən yenilik edib. Əvvəllər info kartları, reklamları, başlıq şəklini və adını əlavə etmək üçün videonun yüklənilməyini gözləmək lazım gəlirdi.

Bu həftə elan edilən yeni yeniləmə ilə kontent yaradıcıları videonun yüklənməsini gözləyərkən bütün bu prosesləri yerinə yetirə biləcəklər, yəni bu əməliyyatları həyata keçirmək üçün gözləmək əvəzinə, artıq iş prosesində hər birini sürətli şəkildə edə biləcəklər.