“Azercell” daha bir neçə ölkədə rouminq xidməti üzrə qiymətləri dəyişdirir.

İqtisadiyyat.az xəbər verir ki, bu ölkələr Çili, Kosta-Rika, El Salvador, Qvatemala, Paraqvay, Uruqvay və Puerto Rikodur.

Həmin ölkələrdə həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrdə rouminq xidmətindən istifadəyə görə rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq ediləcək.

Belə ki, istiqamətindən asılı olmayaraq daxil olan zəngin hər bir dəqiqəsinə görə  xidmət haqqı 0,5 manat, bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 3 manat, mobil internet xidmətinin hər bir meqabayta görə xidmət haqqı isə 6 manat müəyyənləşib.

Yeni qərarın avqustun 26-dan tətbiq ediləcəyi bildirilib.