Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1939,3 milyon manat dəyərində xidmət göstərib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çoxdur.

Göstərilən xidmətlərin 74%-ni əhali istehlak edib. Əldə edilən gəlirin 35,6%-i və ya 690,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.