“e-Tabib” mobil tətbiqinin funksional inkişafı və bir illik texniki dəstək xidmətinə sərf olunacaq vəsait açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) bu işlərin icrasını “ALL İN One Technologies” şirkətinə həvalə edib.

Agentliklə şirkət arasında 413.295 manat dəyərində müqavilə bağlanılıb.