"Apple" 2025-ci ilə planlaşdırılan ilk qatlana bilən planşetinin buraxılışını təxirə salıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "MacRumors Haitong International Securities" şirkəti məlumat yayıb.

Məlumata görə, "Apple" ilk qatlana bilən "iPad"i 2025-ci ildə buraxmayacaq. Şirkət cihazın 2026-cı ildə kütləvi istehsala və bazara çıxarmağı planlaşdırır.

İstehsalın pozulmasının əsas səbəbi isə qatlanan displeyin keyfiyyətində problem olmasıdır.

 

Gözəl Həşimova