"Meta Corporation" (Facebook, Instagram və WhatsApp-ın sahibidir) 76 "Facebook" hesabını və 30 səhifəni, həmçinin 11 "Instagram" hesabını bloklayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Netgazeti" yazır.

Məlumata görə, bloklanan səhifələr qeyri-obyektiv fəaliyyətlərə cəlb edilib.

Meta-nın məlumatına görə, sözügedən şəbəkələr Rusiyaya bağlı olub və qanunsuz şəkildə Gürcüstan, Ermənistan və Azərbaycanda fəaliyyət göstərib.

Meta qeyd edir ki, həmin hesabların digər platformalarda, o cümlədən gürcü, erməni, azərbaycan və rus dillərində siyasi məlumatlar dərc edən xəbər saytlarında da hesabları olub.