Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo "Şimal axını" qaz kəmərində partlayışla bağlı yeni məlumatlar fonunda ölkənin NATO-dan çıxmasına çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə siyasətçi "X"də paylaşım edib. 

"Biz həqiqəti etiraf etməliyik: ABŞ-nin iştirakı ilə NATO-da çevriliş var. Yaşasın, azad Fransa. Təşkilatı tərk etməliyik", - Filippo qeyd edib. 

Onun sözlərinə görə, Şimali Atlantika Alyansında baş verənlər Fransanın maraqlarına ziddir. Filippo qeyd edib ki, "Şimal axını"nın partlaması ilə bağlı yalanlar axını NATO-nu məhv edir.