Kosmik turizm xidmətləri göstərən “Virgin Galactic” şirkətinin Delta gəmisi ilə adambaşına 600 min dollara kosmosa uçmaq mümkün olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “SpaceNews” Amerika şirkətinin rəhbəri Maykl Kolqeyzerə istinadən yazır.

“Delta”nın 2026-cı ildə kommersiya xidmətinə girməsi planlaşdırılır. Kosmik gəminin bir uçuşa altı sərnişin qəbul edə biləcəyi qeyd olunub.

Məlumata görə, “Virgin Galactic” ilkin olaraq ildə 750 nəfəri daşımağı planlaşdırır. Şirkət layihədən əldə edəcəyi gəliri ildə 95-110 milyon dollar həcmində qiymətləndirir.

Qeyd olunub ki, Kosmodromda dörd kosmik gəmisi və iki ana təyyarəsi olan “Virgin Galactic” ildə təxminən 275 uçuş həyata keçirə və 990 milyon dollar gəlir əldə edə bilər.

 

Sadiq Cavadov