Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı keçirilir.

Festivalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edir.

Eyni zamanda, festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.