Türkiyə ordusu İraq və Suriyanın şimalında PKK terror təşkilatının 17 silahlısını məhv edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ölkənin Milli Müdafiə Nazirliyi "X"də məlumat yayıb.

"İraqın şimalında, "Pence-Kilit" əməliyyatı bölgəsində, həmçinin Qara və Metina bölgələrində, Suriyanın şimalındakı Mənbic bölgəsində ümumilikdə 17 PKK terrorçusu məhv edilib", - məlumatda deyilir.