Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin qadınların cəza çəkdiyi dörd saylı cəzçəkmə müəssisəsində səsvermə prosesi keçirilir.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqələri üzrə aparılır.

41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov qeyd edib ki, 545 məhkum qeydiyyatdadır, 205 nəfər səs verib.

Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir.

Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər pentensiar müəssisələrində 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.