Deyr əz-Zor əyalətində (ölkənin şimal-şərqində) Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sham FM" radiostansiyası məlumat yayıb. 

Məlumata görə, bazaya bir neçə mərmi atılıb və şahidlər bazanın ərazisində partlayışlar olduğunu bildiriblər. Digər təfərrüatlar hələlik verilməyib.

Baza sonuncu dəfə avqustun 14-nə keçən gecə atəşə tutulub.