Rusiyanın Kamçatka diyarında 6,1 maqnitudada zəlzələ baş verib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin maqnitudası 27 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.