Almaniyada partlayıcı maddələr istehsal edən zavodda partlayış baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə Troisdorfda (Şimali Reyn-Vestfaliya) baş verib.

Nəşrin məlumatına görə, partlayış təxminən yerli vaxtla saat 09:30-da müəssisə binalarından birində baş verib. Nəticədə zavodun iki əməkdaşı ağır yaralanıb.

Hadisə yerinə polis, yanğınsöndürmə xidməti və xilasedici helikopter gəlib.

İlkin məlumatlara görə, hadisənin istehsalat qəzası nəticəsində baş verdiyi ehtimal olunur.

 

Sadiq Cavadov