Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyevin seçkiqabağı təşviqat çərçivəsində Abşeron rayonu, Xırdalan şəhərində seçicilərlə növbəti görüşü keçirilib.

Deputatlığa namizəd çıxışı zamanı ənənəvi olaraq seçiciləri Seçki Platforması ilə tanış edib və hədəf götürdüyü məsələlərlə bağlı onları məlumatlandırıb.

O, seçicilərin etimad göstərəcəyi təqdirdə Abşeronda aktual məsələlərin həllinə qanunvericilik çərçivəsində dəstək verilməsi üçün çalışacağını bildirib.

R.Nəbiyev Qalib Azərbaycanın tərəqqisi naminə hər kəsi məsul olduğu sahə üzrə daha inamla çalışmağa dəvət edib.

Deputatlığa namizəd bir daha qeyd edib ki, o, seçici ilə millət vəkili arasında davamlı və səmimi dialoq qurulmasının tərəfdarıdır. 

O, bunun üçün seçicilərinin səsinə və dəstəyinə ehtiyacının olduğunu vurğulayıb.

Səmimi mühitdə keçirilən görüşdə seçicilər R.Nəbiyevi dəstəklədiyini və ona etimad göstərəcəklərini bildiriblər.