COP-29 tədbiri üçün Azərbaycana səfər edən qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, səfərlər Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Tanıtım səfərlərində ümumilikdə 200 qonağın iştirakı gözlənilir.

Səfər çərçivəsində Bakı və rayonlarda muzeylərə, teatr, opera, qalereya və ekoparklara ziyarətlərin təşkil olunması nəzərdə tutulur.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) 11-22 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Azərbaycan paytaxtı iki həftə ərzində dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.