BRİCS ölkələri iqlim dəyişikliyi və davamlı inkişaf üçün çərçivə qəbul ediblər. Sənədə iqlimlə bağlı fəaliyyətin bütün əsas aspektləri - ədalətli keçid, təsirin azaldılması, uyğunlaşma, karbon bazarları, maliyyə, elm, biznesin cəlb edilməsi daxildir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun sözlərinə görə, çərçivə assosiasiya üzvlərinə ölkələrin iqtisadi rifahına xələl gətirmədən iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini müəyyən etməyə imkan verəcək.

"Bütün BRİCS ölkələri başa düşürlər ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına və ticarət zəncirlərinə zərbə vururlar", - rusiyalı nazir bildirib.