Yaponiyada "Şanşan" qasırğası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, daha 96 nəfər xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Japan Times” nəşri məlumat yayıb.

Məlumata görə, Yaponiyanın mərkəzində yerləşən Aiçi prefekturasında güclü yağışlar səbəbindən torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb. Şikoku adasındakı Tokusima prefekturasının bir sakini isə evin damının uçması nəticəsində ölüb.

Bildirilib ki, güclü qasırğa nəticəsində Kyuşu adasında 100 mindən çox ev işıqsız qalıb.

Qeyd olunub ki, fəlakət bölgəsində küləyin sürəti 108 km/saata çatıb.

Yaponiya meteoroloqları ölkə əhalisini həftəsonu leysan və güclü külək təhlükəsi barədə xəbərdar edib.

 

Sadiq Cavadov