İyulda Yaponiyada işsizlik səviyyəsi 2,7%-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin hesabatında deyilir.

Məlumata görə, ötən ay ölkədə işsizlərin sayı 110 min nəfər artaraq 1,87 milyon nəfər olub. İşçilərin sayı 200 min nəfər azalaraq 67,66 milyon nəfərə düşüb.

 

Sadiq Cavadov