"Kamçatkada Mi-8 helikopterinin qəzaya uğramasından sonra göyərtədə olanlardan sağ qalan yoxdur". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"Helikopterin qalıqlarından bəlli olur ki, onun göyərtəsində sağ qalan yoxdur", - agentliyin mənbəsi bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri helikopterin qəzaya uğradığı yerə gediblər.

Qeyd edək ki, Kamçatkada 3 ekipaj üzvü və 19 turisti daşıyan helikopter hələlik naməlum səbəbdən qəzaya uğrayıb.