İtaliyanın müdafiə naziri Guido Krosetto Yeddilik Qrupunun (G7) sədri kimi Romanın müdafiə nazirlərinin ilk iclasına ev sahibliyi edəcəyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Krosetto Praqada keçirilən tədbirdə deyib.

"G7-nin müdafiə iclası heç vaxt keçirilməyib və ilk dəfə bizim sədrliyimizlə keçiriləcək, çünki mən buna təkid etdim", - nazir qeyd edib.

Görüş oktyabrın 18-20-də Neapolda baş tutacaq.

Krosetto həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyenin müdafiə komissarı təyin etmək qərarını alqışlayıb. Eyni zamanda o, etiraf edib ki, Avropa NATO-ya bərabər müdafiə sistemi yaratmaq gücünə malik deyil: "Biz NATO-nun Avropa cinahını yaratmalıyıq, lakin NATO olmadan heç bir mühafizə siyasəti yoxdur".