Moskvada Berejkovskaya sahilində üçmərtəbəli inzibati binanın ikinci mərtəbəsində güclü yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hazırda hadisə baş verən yerdə 110 mütəxəssis və 35 texnika işləyir. Eyni zamanda bildirilir ki, inzibati binada baş vermiş yanğının söndürülməsinə iki Ka-32 helikopteri cəlb edilib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

 

Sadiq Cavadov