Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində baş verən yanğın səbəbindən metronun “Nərimanov” stansiyası istiqamətində yolda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə İqtisadiyyat.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

***

16.12

Bakının Nərimanov rayonunda baş verən yanğın səbəbindən yola məhdudiyyət qoyulub.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində yanğın baş verib. Bu səbəbdən metronun “Nərimanov” stansiyası istiqamətində yolda məhdudiyyət tətbiq edilib.