Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda keçirtdiyi antiterror əməliyyatından real döyüş kadrlarında düşmənin mövqelərinin qısa müddətdə ələ keçirilməsi qeydə alınıb.

İqtisadiyyat.az AZTV-yə istinadən xəbər verir ki, bu kadrlar ilk dəfə təqdim olunub.

Kadrlarda Azərbaycanın hərbi qulluqçularının qısa müddətdə düşmən mövqelərini ələ keçirdiyi və separatçı silahlı birlikləri darmadağın etdiyi öz əksini tapıb.

Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.