ABŞ-li iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks ABŞ-nin İranla silahlı münaqişəsinin üçüncü dünya müharibəsinə çevrilə biləcəyini deyib.

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə amerikalı jurnalist Taker Karlsonla müsahibə bildirib.

"Birləşmiş Ştatlar İranla müharibədə maraqlı deyil, çünki İranın Rusiya da daxil olmaqla müttəfiqləri var, buna görə də İranla müharibə asanlıqla üçüncü dünya müharibəsinə, üçüncü dünya müharibəsi isə nüvə müharibəsinə çevriləcək", - Saks qeyd edib. 

Ekspert əlavə edib ki, İsrail ABŞ-ni Yaxın Şərqdə Amerikanın maraqlarına 100% zidd olan daha böyük müharibəyə sürükləməyə çalışır.