Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan milyonerlərin sayı açıqlanıb.

İqtisadiyyat.az bu barədə “UBS Global Wealth Report”a istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ildə ABŞ-də milyonçuların sayı 22 milyona çatıb. Bu, dünyadakı bütün milyonçuların 38%-ni təşkil edir.  

Bildirilib ki, dünyanın ən zəngin insanlarının 28%-i Qərbi Avropanın, 10%-i isə Çinin payına düşür.

Analitiklərin fikrincə, ABŞ 2010-cu ildən əvvəlki onilliklə müqayisədə sərvət artımının sürətləndiyi azsaylı bazarlardan biridir. Beləliklə, ABŞ-də orta sərvət artımı 2000-2010-cu illər arasında 3,7%-dən 2010-2023-cü illər arasında 6,3%-ə yüksəlib.

 

Sadiq Cavadov